ALİ MƏHKƏMƏNİN ƏMƏKDAŞLARI MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI PAYLAMIŞLAR
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə məcburi köçkünləri Novruz bayramı münasibətilə təbrik etmiş, onlara ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq miqyasda gördüyü səmərəli işlər barədə ətraflı məlumat vermişlər. Ali Məhkəmənin əməkdaşları görüşün axırında 240 köçkün ailəsinə bayram sovqatı paylamışlar.
Bayramqabağı görüşdən razı qalan məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.