Ali məktəblərə qəbul üzrə sınaq imtahanının nəticələri yaxın 10 gün ərzində elan ediləcək
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində ümumilikdə 20 binada təşkil olunub.
İmtahanın idarə edilməsi üçün 40 imtahan rəhbəri, 310 nəzarətçi, 20 ümumi imtahan rəhbəri, 55 buraxılış rejimi əməkdaşı ayrılıb.
Sınaq imtahanında abituriyentlərə ixtisas qruplarına uyğun olaraq hər fənnə aid 30 test tapşırığı (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3 ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır.
Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:02]
MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb
- 13.10.2026 [16:38]
ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər
- 13.10.2026 [16:28]
Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
- 13.10.2026 [16:17]
UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq
- 13.10.2026 [16:12]
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
- 13.10.2026 [14:21]