“Alibaba” 3 il ərzində AI-yə 52 milyard dollar sərmayə qoyacaq
Bakı, 24 fevral, AZƏRTAC
Bazar ertəsi Çinin “Alibaba” şirkəti növbəti üç il ərzində bulud platformalarının və süni intellekt infrastrukturunun yaradılmasına ən azı 380 milyard yuan (52,44 milyard dollar) sərmayə qoymağı planlaşdırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Alibaba” şirkətinin baş direktoru Vu Yonminq bildirib.
“Reuters” xəbər verir ki, “Alibaba” şirkətinin məlumatına görə, ümumi sərmayə şirkətin son on ildə süni intellekt və bulud platformalarına xərclərindən çoxdur.
Şirkət 2025-ci ilə Çinin süni intellekt yarışının qalibi kimi başlayıb, investorları strateji iş sövdələşmələri ilə cəlb edib. Son məlumatlara görə, onun səhmlərinin dəyəri bu il 68 faizdən çox artıb.
Yanvarın sonunda “Alibaba Cloud” (“Alibaba”nın törəmə şirkəti) yeni “Qwen2.5-Max” süni intellekt modelini təqdim edib. Onun “DeepSeek” sistemindən üstün olduğu iddia edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]