Alman siyasətçiləri ekoaktivistlərin aksiyasından sonra hava limanlarında təhlükəsizliyin gücləndirilməsini tələb edirlər
Bakı, 25 iyul, AZƏRTAC
Almaniyada ətraf mühit fəalları hava limanlarının işinə əngəl törədiblər.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici kütləvi informasiya vasitələri məlumat yayıb. Frankfurt Hava Limanında ekoaktivistlər uçuş-enmə zolağını zəbt edərək hərəkəti iflic ediblər. Hadisədən sonra uçuşlar müvəqqəti dayandırılıb. Analoji aksiya bir gün əvvəl Köln Bonn hava limanında da baş verib. Almaniyanın daxili işlər naziri Nensi Fazer uçuş zolaqlarına icazəsiz girişi iki ilədək həbslə cəzalandırmaq niyyətində olduğunu bildirib. Almaniyalı siyasətçilər də hava nəqliyyatının işində yaranan problemlərə görə təhlükəsizliyin gücləndirilməsini tələb ediblər.
Ətraf mühit fəalları əmin ediblər ki, blokadalar Almaniya hökumətini 2030-cu ilə qədər neft, qaz və kömürdən qlobal şəkildə imtina edilməsini tənzimləyən hüquqi cəhətdən məcburi beynəlxalq sazişin formalaşmasına və imzalanmasına kömək etməyə çağıran kampaniyanın yalnız başlanğıcıdır. Ekoloji fəallar oxşar aksiyaların Avropa və Şimali Amerikanın bir neçə ölkəsində planlaşdırıldığını da bildiriblər.
“İqtisadiyyata və cəmiyyətə dəyən ziyan çox böyükdür. Buna görə də məhkəmə sistemi və hakimiyyət orqanları daha ardıcıl tədbirlər görməlidir”, – deyə Almaniyanın lider aviadaşıyıcısı “Lufthansa”nın açıqlamasında bildirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]