ALMANİYA-AZƏRBAYCAN TEXNİKİ ƏMƏKDAŞLIQ LAYİHƏLƏRİ HƏYATA KEÇİRİLİR
Cəmiyyətin Bakı təmsilçiliyinin direktoru Marsel Şvikert AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə 5 əməkdaşlıq layihəsi həyata keçiririk. Bunlar özəl bölmənin inkişafı, özəlləşdirmə və aqrar sektora aid layihələrdir. Biz özəl müəssisələrdə məhsulların keyfiyyətinin yaxşılaşmasına, satışına, Avropa sərgilərinə çıxarılmasına, müəssisələrin banklardan kredit alması üçün biznes-planların tərtibinə, onların birbaşa Almaniya ilə əlaqə yaratmasına, xammal, müasir avadanlıq alınmasına, emal sahələrində müxtəlif problemlərin həllinə dəstək veririk. Bu sahələrdə mövcud problemləri nəzərə alaraq, özəl sektorun inkişafı layihəsinin müddətini 2006-cı ilin axırınadək uzatmışıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]