İQTİSADİYYAT
ALMANİYA BANKI AZƏRBAYCANIN ENERJİ SİSTEMİNƏ KREDİT AYIRACAQ
Almaniyanın aparıcı banklarından olan “KFW” ölkəmizin energetika sisteminə 17,3 milyon avro kredit ayırmaq haqqında “Azərenerji” Səhmdar Cəmiyyəti ilə saziş imzalamaq niyyətindədir.
Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, kreditdən 2003-2004-cü illərdə istifadə olunacaqdır. Bankın ekspertlərindən ibarət nümayəndə heyəti görüləcək işləri qiymətləndirmək üçün bu yaxınlarda Bakıya gələcəkdir. Bundan sonra layihə üzrə tender elan edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “KFW” 1998-ci ildə “Azərenerji”yə 30 milyon Almaniya markası məbləğində güzəştli kredit ayırmışdı. Həmin vəsait Abşeron, Ağsu və Siyəzən rayonlarında yüksək gərginlikli yardımçı stansiyaların modernləşdirilməsinə yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2024 [17:50]
KOBİA-da vətəndaşlarla görüş keçirilib
- 14.10.2024 [17:40]
Bakının daha bir küçəsində yeni parklanma məntəqəsi qurulub
- 14.10.2024 [16:24]
® “Kapital Bank” 3-cü rüb üzrə maliyyə nəticələrini elan edib
- 14.10.2024 [14:16]
DGK sədri Daşkəsəndə vətəndaşlarla görüşəcək
- 14.10.2024 [14:05]