ALMANİYA BUNDESVERİ DƏ 2006-CI İl DÜNYA BİRİNCİLİYİNİN MÜHAFİZƏSİ ƏMƏLİYYATLARINA QATILACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu ölkənin nüfuzlu qəzetlərinin dərc etdikləri rəsmi məlumatda bildirilir ki, Almaniya silahlı qüvvələrinin - bundesverin 2000 nəfərdən ibarət nizami əsgəri qüvvəsi 2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya birinciliyi zamanı ölkə ərazisinin, stadionların və digər idman qurğu və obyektlərinin mühafizəsi işinə, o cümlədən lazım gəldikdə, yerlərdə təhlükəsizliyin təmin olunması əməliyyatlarına cəlb olunacaqlar. Sanitar və ABK (atom, bioloji və kimyəvi silah növləri ilə hücum) təhlükəsinin dəf edilməsi sahəsində ixtisaslaşmış əsgəri kontingentdən təşkil olunmuş çevik əməliyyat dəstələri çempionatın davam edəcəyi müddətdə daxili işlər idarəsinə məxsus polis qüvvələri ilə birgə əməliyyatlara qatılacaqlar. Federal Müdafiə və Daxili İşlər nazirliklərinin bundestaqın müzakirəsinə təqdim etdikləri bu təklif parlamentdə yekdilliklə bəyənilmiş və qeyd-şərtsiz təsdiq olunmuşdur. FİFA-nın rəhbərliyi Almaniya hökumətinin bu mövqeyinə tam şərik olduğunu bildirmişdir.
Dünya birinciliyinin keçirildiyi müddətdə Almaniya ərazisini havadan NATO-nun AWACS tipli kəşfiyyatçı təyyarələri mühafizə edəcəkdir. Bir həftə öncə bu barədə Almaniya Federal Daxili İşlər Nazirliyi, bundesver və NATO üçlüyü arasında razılıq əldə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]