Almaniya dağıdıcı daşqınlardan sonra tədricən əvvəlki vəziyyətinə qayıdır
Berlin, 19 iyul, AZƏRTAC
Son üç gün ərzində davam edən təbii fəlakət - daşqınlar nəticəsində Almaniya və Belçikada azı 188 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, şəhər və kəndlərin sakinləri küçələri, evləri və yaxın əraziləri təmizləməyə başlayıblar.
Bu cür daşqınlar Almaniyada 60 ilə yaxındır ki, müşahidə olunmayıb. Almaniya federal əyalətlərindən daha çox Reyland-Pfalts zərər çəkib. Ölkə kansleri Angela Merkel oradakı vəziyyətin dəhşətli olduğunu bildirib. O, fəlakət zonasında olarkən jurnalistlərə deyib: “Bu, inanılmaz, dəhşətli vəziyyətdir. Mən bu dağıntıları alman dilində təsvir edəcək söz tapmıram”.
Kansler həmrəyliyə, qarşılıqlı köməyə, xüsusən daha çox zərər çəkən və dəstəyə ehtiyacı olanlara yardım göstərdiklərinə görə insanlara minnətdarlığını bildirib.
Reynland-Pfaltsla yanaşı, Şimali Reyn-Vestfaliya və Saar əyalətlərinə də ciddi ziyan dəyib. Ölkənin maliyyə naziri Olaf Şoltsun dünən verdiyi bəyanatda onlara maliyyə yardımı vəd edilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]