ALMANİYA FEDERATİV RESPUBLİKASININ FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ XANIM ANGELA MERKELƏ
Hörmətli xanım Federal Kansler,
Ölkənizin milli bayramı - Alman birliyi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan ilə Almaniya arasında dostluq və əməkdaşlığın inkişafı sahəsindəki nailiyyətlərimiz bizi sevindirir. Qarşılıqlı münasibətlərimizə dair yürütdüyümüz siyasət, ölkələrimiz arasında imzalanmış sazişlər bütün sahələrdə faydalı əməkdaşlıq üçün geniş imkanlar açaraq, real töhfələr verməkdədir.
Əminəm ki, birgə səylərimiz bundan sonra da istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində işbirliyimizin səmərəli şəkildə davam etdirilməsinə yönələcəkdir.
Belə bir xoş məqamda Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulamaqdan məmnunluq duyur, dost Almaniya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 sentyabr 2007-ci il.