Almaniya Kansleri və Ukrayna Prezidenti telefon söhbətində sülh danışıqlarını müzakirə ediblər
Berlin, 25 noyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Stefan Kornelius bildirib.
Telefon söhbətində liderlər müharibənin dayandırılması barədə Cenevrədə aparılmış danışıqlar prosesinin gedişini müzakirə ediblər.
Kansler Fridrix Merts görüşdən sonra X platformasındakı paylaşımında bildirib: “Biz Ukraynanı dəstəkləməkdə davam edirik. Biz atəşkəsə mümkün qədər tez nail olmaq, Ukrayna üçün ədalətli və dayanıqlı sülh, Avropa üçün isə təhlükəsizlik istəyirik. Avropanın maraqlarına və suverenliyinə təsir edən istənilən plan Avropanın razılığını tələb edir. Avropa qətiyyətli və birlik içindədir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]