ALMANİYA MÜSƏLMANLARI MOTSARTIN QALMAQALLI “KRİT PADŞAHI İDOMENEY” OPERASINI SƏHNƏYƏ QAYTARMAĞI XAHİŞ EDİRLƏR
“İdomeney”in terror aktı təhlükəsi üzündən təxirə salındığı sentyabrın 26-da məlum olmuşdur. Teatrın rəhbərliyi Berlin polisinin tövsiyəsi ilə operanı müsəlmanlar arasında narazılıq doğura biləcəyi üçün göstərməmək qərarına gəlmişdir. Məsələ bundadır ki, operanın son epizodlarından birində baş qəhrəman – padşah İdomeney İsa Məsihin, Buddanın, Məhəmməd Peyğəmbərin və Poseydonun kəsilmiş başlarını səhnəyə gətirir. Rejissorun fikrincə, bu səhnə allahların və dünya dinləri banilərinin insanlara gətirdiyi fəlakətin rəmzidir, hərçənd “İdomeney”in 1781-ci ildə yazılmış librettosunun orijinalında belə səhnə yoxdur.
Berlin operasının direktoru Kirsten Harms demişdir ki, onun üçün
tamaşaçıların təhlükəsizliyi tamaşadan daha vacibdir. Teatra qarşı mütəşəkkil təhdidlərin olmamasına baxmayaraq, Harms operanı repertuardan çıxarmaq qərarına gəlmişdir.
Lakin Berlin Opera Teatrı yeni quruluşdan imtina nəticəsində tənqidə tutulmuşdur. Almaniya Federal kansleri Angela Merkel demişdir: “Özünüsenzura İslam adından zor işlədən insanlardan xilas etməyəcəkdir. Geri çəkilmək mənasızdır”.