Almaniya təmsilçisi Sara Voss Bakıda dünya kuboku yarışlarında birinci olub
Bakı, 3 aprel, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında Almaniya təmsilçisi Sara Voss qadınlar arasında gimnastika tirində qızıl medala sahib olub.
AZƏRTAC xəbər verir ki, almaniyalı gimnast 13,733 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fransa təmsilçisi Lorett Şarpi 12,966 xalla turniri ikinci, ukraynalı gimnast Daniela Batrona isə 12,900 xalla üçüncü pillədə başa vurublar.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil etdiyi dördüncü beynəlxalq yarışda 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Nikita Simonov dünya kubokunda halqalarla yarışda bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]