Almaniyada deportasiyadan qaçmaq üçün “humanitar” boşluqlardan istifadə edirlər
Berlin, 11 fevral, AZƏRTAC
Əgər Almaniyada sığınacaq verməkdən imtina ediblərsə, ümidsizliyə qapılmağa dəyməz. Belə ki, bu kateqoriyadan olanlar üçün “təcili humanitar səbəblərə görə yaşayış icazəsi” adlı ümid yeri mövcuddur.
AZƏRTAC xəbər verir ki, sığınacaq verilməyən 10 minə yaxın şəxs artıq bütün federal ərazilərdə yaradılmış “ehtiyacı olanlarla iş üzrə komissiyalara” müraciət edib və hətta, daimi yaşamaq üçün icazə alıblar.
Xarici vətəndaşın ölkədə daha çox qalmasına əsas verən səbəblər sırasında: Almaniyada uzun müddət qalma, federal ərazidə sabit inteqrasiya, doğma ölkə ilə əlaqələrin olmaması və ağır xəstəlik göstərilir.
Komissiya üzvləri iddiaçının alman dilində danışıq səviyyəsini, təhsilini, hansı peşəyə yiyələnməsini və sosial əlaqələrini yoxlayırlar.
Məhz bu kanal vasitəsilə məhkəmə tərəfindən əvvəllər çıxarılmış qərara əsasən Almaniyanı zəruri qaydada könüllü tərk etməli olan xeyli əcnəbi qərara yenidən baxılmasına və daimi yaşamaq üçün icazə almağa nail olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]