ALMANİYADA SİQARET ÇƏKƏNLƏRİN SAYI AZALMIŞDIR
Almaniya Federal Səhiyyə Nazirliyi və Əhali Arasında Sağlam Həyat Tərzinin Təbliği İnstitutunun birgə hesablamalarına görə, son dəfə 2004-cü il martın 1-dən başlayaraq, tütün məhsullarına qoyulan verginin artırılması və bir qutu siqaretin qiymətinin, növündən asılı olaraq, 5-6 avroya qaldırılması nəticəsində Almaniyada nikotin aludəçilərinin 7,9 faizi artıq siqaret çəkmək vərdişindən əl çəkmişdir.
Federal Səhiyyə Nazirliyinin əhali arasında apardığı sorğunun nəticələrinə əsasən hazırladığı statistik məlumata görə, siqaretin qiymətinin qaldırılması xüsusilə uşaqların, yeniyetmələrin və gənclərin bu narkotik vasitəyə aludəlik meylinin azaldılmasına öz müsbət tərbiyəvi təsirini göstərmişdir. Tütünə aludə olan uşaq, yeniyetmə və gənclərin 65 faizi bu zərərli vərdişdən əl çəkərək siqaret çəkməyi tərgitmişdir.
Səhiyyə idarəsi razılıqla xəbər verir ki, xüsusilə qadınların və qızların siqaretə meyilli qisminin 50 faizi qadın orqanizmi üçün bu zərərli “məşğuliyyətdən” imtina etdiyini bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]