Almaniyada yanacaqdoldurma məntəqələrinin qiymət artırmasının məhdudlaşdırılması planlaşdırılır
Berlin, 11 mart, AZƏRTAC
Almaniya hökuməti yanacaqdoldurma məntəqələrinə qiymətləri gündə yalnız bir dəfə artırmağa icazə verən qaydanı tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat və enerji naziri Katerina Rayxe məlumat verib.
Nazir məsələnin kabinetin iclasında müzakirə edildiyini vurğulayaraq, xüsusilə kiçik və orta müəssisələrin yanacaqdoldurma məntəqələrində qiymətlərin tez-tez artırılmasından daha çox əziyyət çəkdiyini bildirib. O, Avstriyanın bu sahədə tətbiq etdiyi modelin əsas götürülərək, qiymətlərin tez-tez dəyişdirilməsinin məhdudlaşdırılmasının qərara alındığını vurğulayıb. “Yanacaqdoldurma məntəqələrinə yanacağın qiymətlərini gündə yalnız bir dəfə qaldırmağa icazə veriləcək. Qiymət endirimlərinə istənilən vaxt icazə verilir”, - deyə o qeyd edib.
K.Rayxe bildirib ki, bu qaydanın tətbiqi üçün antiinhisar qanunvericiliyinə dəyişiklik edilməlidir və hazırda müvafiq qanunların nə qədər tez dəyişdirilə biləcəyi araşdırılır.
Qeyd edək ki, Avstriyada on ildən artıq tətbiq olunan qaydaya əsasən, yanacaqdoldurma məntəqələrinə qiymətləri gündə yalnız bir dəfə - saat 12:00-da artırmağa icazə verilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]