Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edərkən: Hannover sürprizlərlə dolu şəhərdir

Bakı, 19 sentyabr, AZƏRTAC

Almaniya doqquz dövlətlə həmsərhəd olan 16 əyalətdən ibarət federativ respublikadır. Ölkənin müxtəlif bölgələrinin mədəniyyəti və təbii landşaftları bir-birindən xeyli fərqlənir. Bax bu səbəbdən Almaniyada səyahət etmək çox maraqlıdır. Biz Almaniya şəhərlərini sizə tanıtmağa davam edirik. Bu dəfə sizi Aşağı Saksoniya əyalətinin paytaxtı Hannoverə sürprizlərlə dolu turneyə dəvət edirik.

Hannoverdə keçirdiyimiz iki gün ərzində Avropada yeganə olan əyri liftlə Yeni Ratuşa binasının müşahidə meydançasına qalxaraq, oradan şəhərə açılan gözəl mənzərədən zövq aldıq, çəlləkdə dünyanın ən qocaman nar ağacının bitdiyi Kral bağlarında gəzişdik və Hannover zooparkı ərazisindəki süni çayda qayıq gəzintisinə çıxdıq. İndi isə Hannoverin bu və bir çox digər qeyri-adi görməli məkanları haqqında söhbətimizi sizə təqdim edirik.

Qırmızı xətt üzrə tarixə səyahət

Biz Almaniyaya uçmaq üçün Şərqi Avropanın ən iri loukost (münasib qiymətlərlə işləyən) aviaşirkətinin - “Wizz Air”in reyslərini seçdik. Bu şirkət 43 ölkədə, o cümlədən Azərbaycanda 142 istiqamət üzrə uçuşlar həyata keçirir və Budapeştdə rahat tranziti təmin edir. Bakı-Budapeşt-Hannover marşrutu ilə uçuşun ümumi müddəti təqribən 4,5 saat təşkil edir. Bakı-Budapeşt reysinə biletlərin qiyməti 44,99 avrodan, Budapeştdən Hannoverə isə 29,99 avrodan başlayır. Əlavə haqq müqabilində baqaj daşımaq, o cümlədən 32 kiloqrama qədər əlavə yük, 15 kiloqrama qədər əl yükü daşımaq, habelə təyyarənin içində yeməklə təmin olunmaq imkanı əldə etmək mümkündür. Yeri gəlmişkən, hər bir sərnişinin təyyarənin içinə pulsuz keçirə biləcəyi əl yükünün qabariti oktyabrın 29-dan artaraq təqribən 55x40x23 santimetrə çatacaq.

Hannover hava limanından şəhərin mərkəzinə qatarla 15-20 dəqiqəyə çatmaq olar. Qatara biletin qiyməti 3,4 avrodur. Biletlər perrondakı avtomatlarda satılır. Çətinlik hiss etsəniz, ətrafınızdakı adamlara müraciət edə bilərsiniz. Onlar məmnuniyyətlə sizə kömək edərlər. Almanlar çox qayğıkeş xalqdır. Yeri gəlmişkən, bu və ya digər qatara bileti elə Bakının özündə - bütün Avropa boyu dəmir yolu daşımalarını idarə edən “Rail Europe” şirkətinin satış üzrə baş agenti “SI Travel” şirkətinin ofisində ala bilərsiniz.

Hələ XIX əsrdə inşa edilmiş Hannover Mərkəzi Vağzalında özünü tarixin bir parçası hiss edirsən. Bu vağzal öz dövrü üçün ilk belə innovativ tikili olub. Hazırda iri dəmir yolu qovşağı olan Hannover vağzalından hər gün müxtəlif istiqamətlərdə 680-dən çox qatar yola düşür. Vağzalın binası qarşısında 1837-1851-ci illərdə hökmranlıq etmiş Hannover Kralı I Ernst Avqustun at belində məğrur heykəli ucalır. Bu abidə şəhər sakinlərinin sevimli görüş yeridir: onlar görüş təyin edərkən kralın atının quyruğunu nəzərdə tutaraq elə belə də deyirlər: “quyruğun altında görüşərik”. Vağzalyanı meydan da elə bu kralın adını daşıyır.

Otel axtarışına vaxt itirmədik: “Grand Hotel Mussmann” mehmanxanası mərkəzi vağzal binasının düz qarşısında yerləşir. Əşyalarımızı tələm-tələsik nömrədə qoyub, şəhərin görməli məkanlarını görməyə tələsdik. Müstəqil ekskursiyaları sevənlər üçün Hannoverdə “qırmızı xətt marşrutu” deyilən unikal fişka var. Asfalta çəkilən və 4 min kilometrdən çox uzanan qırmızı xətt şəhərin təqribən 40 memarlıq və tarixi obyektini əhatə edən əsas görməli məkanlara istiqamətləri göstərir. Marşrut Ernst-Avqust-Plats meydanında yerləşən Turizm İnformasiya Mərkəzinin binasının qarşısından start götürür. Mərkəzdə 3 avroya soraq kitabçası (o cümlədən rus və türk dillərində) ala bilərsiniz. Sistem çox sadə işləyir: qırmızı xətt üzrə hərəkət edərək, hər biri soraq kitabçasında ətraflı təsvir olunan bu və ya digər görməli məkanın yanından keçirsiniz. Yeri gəlmişkən, bizim şəxsi bələdçimiz olduğuna görə sərbəst marşrutla getmək qərarına gəldik.

Əyri lift və Maşzeye elegiyası

Hannoverin əsas piyada küçələrindən biri - Banxofştrasse (Bahnhofstraße), yaxud Dəmir yolu küçəsi düz vağzalyanı meydandan başlayır. Onu qeyri-adiliyi “ikimərtəbəli”, yəni sanki biri digərinin üstündə yerləşən 2 küçədən ibarət olmasındadır. Bu küçələrin hər birinin öz mağazaları və kafeləri var. Küçənin alt mərtəbəsi “Promenad Niki de Sen-Fall” adlanır. Qeyd edim ki, Hannover yeniliklərə açıq olan müasir şəhərdir. Yaradıcı insanlar buradan həmişə ruhlanıblar. Hannover küçələrində tez-tez avanqard heykəllərə və installyasiyalara təsadüf olunur. Şəhərdə fransız əsilli Amerika heykəltəraşı, pop-artın və yeni realizmin nümayəndəsi Niki de Sen-Fallın bir neçə əsəri qoyulub. Qeyd edək ki, mərkəzi pasaj da bu sənətkarın adını daşıyır. Nikinin heykəltəraşlıq əsərlərini tanımaq asandır. O, əsasən əlvan rənglərə boyanmış gözəl qadın fiqurları yaradıb. Hətta ötən əsrin 60-cı və 70-ci illərində qoyulmuş heykəllər də hazırda son dərəcə təravətli və ultramüasir görünür. 2000-ci ildə Niki de Sen-Falla Hannoverin fəxri vətəndaşı adı verilib. O isə 300 əsərini şəhərdəki Şprengel Muzeyinə vəsiyyət edib.

Banxofştrasse küçəsi sizi Kröpke meydanına gətirib çıxarır. Şəhərin magistral yollarının kəsişdiyi bu meydanda çox vaxt bayram yürüşləri, yaxud mitinqlər keçirilir. Küçənin alt mərtəbəsində, meydanın altında dünyanın ən iri şəhərlərinə qədər məsafəni göstərən “Küləklər toplusu”nu görmək olar. Meydanın özündə iki maraqlı görməli məkan yerləşir: tarixi Kröpke kafesi (meydan bu kafenin şərəfinə belə adlanır) və onun qarşısında qoyulmuş saat. Kröpkenin özü 1876-cı ildən bu kafenin sahibi olub və zaman keçdikcə onun adı şəhərin bu hissəsinin adına çevrilib. Kafenin qarşısındakı saat isə 1885-ci ildə qoyulub və o vaxtdan etibarən dəfələrlə yenilənib. Hazırda “kral atının quyruğu” kimi, bu məkan da hannoverlilər üçün populyar görüş yerlərindən biridir.

Alış-verişlə maraqlananlar üçün Kröpke meydanında iki iri ticarət mərkəzi yerləşir. Biz isə klassik üslubda inşa edilmiş Opera Teatrının binası qarşısından keçib “Kubus” Müasir İncəsənət Qalereyasına doğru gedirik. Qalereyanın 40 zalında dünya avanqard yaradıcılığının, demək olar, bütün aktual istiqamətləri təqdim edilib. Nəhayət, Hannoverin ən məşhur rəmzlərindən birinə - şəhər idarəsinin yerləşdiyi Yeni Ratuşa binasına yaxınlaşırıq. 1901-1913-cü illərdə inşa edilmiş bu bina daha çox neorenessans elementləri olan barokko üslubunda qəsri xatırladır. Maraqlıdır ki, tikilinin təməlini möhkəm etmək üçün bataqlıq əraziyə fıstıq ağacından 6026 dirək vurulub. Yeni Ratuşanın təntənəli açılışında imperator II Vilhelmin özü iştirak edib. Binanın fasadında o qədər maraqlı element, məsələn, knyazların, şəhərin əsasını qoyanların, dahilərin və nağıl personajlarının heykəlləri yerləşdirilib ki, onu kitab kimi nəzərdən keçirmək olar. İkinci mərtəbədəki pəncərələrin üstündəki daş frizdə doqquz kompozisiya şəklində şəhər tarixinin mühüm hadisələri təsvir edilib. Amma bu binaya şöhrət qazandıran başlıca xüsusiyyət onun günbəzinin altında yerləşən müşahidə meydançasıdır. Buradan şəhərə gözəl mənzərə açılır. Əgər Hannoverin bütün görməli yerlərinə baş çəkmək imkanınız yoxdursa, mütləq bura qalxmalısınız. Müşahidə meydançasından onların çoxu ovuc içi kimi görünür. Yeri gəlmişkən, müşahidə meydançasına Avropada yeganə “əyri”, yaxud maili olan unikal liftlə qalxırsınız. Bu lift 43 metr yüksəkliyə 17 dərəcə bucaq altında qalxır. Müəyyən məqamda ağırlıq qüvvəsi adamı liftin kabinəsinin arxa divarına sıxır: qeyri-adi hissdir.

Şəhərin mühüm obyektlərinin çoxu, məsələn, “Nord LB” Bankının qərargahı buradan aydın görünür. Bu, sanki ayrı-ayrı polad və şüşə bloklardan quraşdırılmış və bir-birinə borularla birləşdirilmiş nəhəng futuristik binadır. Yaxud XIV əsrə aid “Müqəddəs Egidiya kilsəsi” memorialı. Hannover tikililərinin çoxu kimi bu bina da İkinci Dünya müharibəsi zamanı bombardmanlar nəticəsində dağıdılıb və o vaxtdan bərpa edilməyib. Kilsənin xarabalıqları həmin faciəli hadisələrin xatirəsi kimi qorunub saxlanır. Onun boş divarları arasında “İtaət” abidəsi, habelə Yaponiyanın Xirosima şəhərinin hədiyyəsi olan və gündə 4 dəfə zəng çalan “Sülh zəngi” qoyulub.

Haradasa uzaqlarda “Hannover 96” futbol komandasının “Arena HDI” stadionunun ellipsi və “Şyuttsenplatts” Nişançılar Meydanı görünür. Yayda bu meydanda 10 gün ərzində nişançıların bayramı keçirilir. Amma süni Maşzeye gölünə açılan mənzərə adamı əməlli-başlı valeh edir. Uzunluğu 2,4 kilometr, eni təqribən 530 metr olan bu göl 1934-35-ci illərdə 78 hektar ərazidə yaradılıb. Sahil bağı bakılılar üçün nə deməkdirsə, Marşzeye gölü də Hannoverin sakinləri və qonaqları üçün bir o qədər əvəzolunmaz məkandır. Burada çimmək, katerlərdə və kirayə edilən qayıqlarda gəzintiyə çıxmaq olar. Gölün ətrafındakı yaşıllıqlar boyunca 6,2 kilometr qaçış yolu uzanır. Vaxtınız qalsa, mütləq Maşzeye gölünə gedin ki, insanın ruhunu dincəldən bu gözəlliyə tamaşa edə biləsiniz.

Qrimm qardaşları, Kral bağları və gələcəyin zooparkı

Köhnə şəhərə gedib tarixin nəfəsini duymasanız, Hannoverdə gəzintiniz natamam olacaq. Fasadları taxta tirlərlə möhkəmləndirilən faxverk evlər məhz burada yerləşir. Ən maraqlısı budur ki, həmin evlər bura müharibədən sonra müxtəlif küçələrdən gətirilib: yəni, səliqə ilə sökülüb və yenidən quraşdırılıb. Elə buradaca yerləşən kilsə və köhnə ratuşa binası isə Şimali Almaniya qotikasının ən cənub nümunələridir. Balxofplats adlanan xudmani meydanın bir neçə metrliyində Lyayneufer sahil küçəsi yerləşir. Burada hər şənbə günü Almaniyada işlənmiş əşyaların satıldığı ən qədim bazar açılır. İnanın ki, bu bazara getməyə dəyər. Xüsusən də əgər əntiq malları sevirsinizsə.

Köhnə şəhərdə gəzişərkən italyan heykəltəraş Florian Bodininin “Höttingenli yeddi nəfər” adlı maraqlı heykəltəraşlıq kompozisiyasını görəcəksiniz. Onun süjeti Aşağı Saksoniyanın Höttingen şəhərindən olan 7 professorun əhvalatından qaynaqlanır. Bu professorlar 1837-ci ildə Hannover Krallığının konstitusiyasının ləğv edilməsinə qarşı etiraz etdiklərinə görə istefaya göndəriliblər və hətta at belində heykəli vağzal binası qarşısında ucalan həmin kralın əmri ilə ölkədən sürgün olunublar. Yeri gəlmişkən, bu yeddi professorun ikisi məşhur germanist - nağılları dünyanın bütün uşaqlarına yaxşı tanış olan Vilhelm və Yakob Qrimm qardaşları olub.

Hannoverin mərkəzi ilə tanış olandan sonra şəhərin əsas incisi sayılan və 300 ildən çoxdur hamını öz gözəlliyi ilə valeh edən Kral bağlarına yola düşürük. Barokko üslubunda yaradılan və Avropanın ən mükəmməl bağ-park ansamblarından biri olan Herrenhauzen kompleksi indiki görkəmini 1696-1714-cü illərdə alıb. Kurfürstina (knyaginya) Hannoverli Sofiya onun inkişafına böyük töhfə verib, kompleksin Versal bağlarına uyğun formalaşmasında şəxsən iştirak edib. Kompleksin mərkəzində heykəllər və çiçək ləkləri ilə bəzənmiş, məharətlə budanmış şümşad ağacları ilə dövrələnmiş Böyük bağ yerləşir. Hündürlüyü 82 metr olan Avropada ən iri fəvvarə və qızıl suyuna çəkilmiş heykəllərlə bəzədilmiş, Almaniyada açıq səma altında ilk teatr səhnəsi Harten Teatrı da Herrenhauzendədir. Elə indinin özündə kompleksdə müntəzəm olaraq açıq səma altında müxtəlif tamaşalar oynanılır, incəsənət festivalları keçirilir. Kompleksin şimal-qərb hissəsində 1676-cı ildə yaradılmış qədim kaha qonaqlarda xüsusi maraq doğurur. Bayaq adını çəkdiyimiz rəssam və heykəltəraş Niki de Sen-Fall 2001-2003-cü illərdə kahaya orijinal tərtibat verib. Nəhayət, Herrenhauzen kompleksinə aidiyyəti olan Nəbatat bağına gedib səhləb çiçəklərindən, kaktuslardan və nadir tropik bitkilərdən ibarət möhtəşəm kolleksiya ilə tanış ola bilərsiniz. Çəlləkdə bitən ən qədim bitki də məhz buradadır. Çəlləyin üstündəki yazıda deyilir ki, burada bitən nar ağacı Herrenhauzenə 1653-cü ildə Venesiyadan gətirilib.

Bağ sənətinin gözəlliyindən doyunca zövq alandan sonra marşrutumuzun növbəti məntəqəsinə - Avropanın ən qeyri-adi heyvanxanalarından biri olan, yeri gələndə gələcəyin zooparkı adlandırılan Hannover zooparkına üz tuturuq. Zooparkda 3 min heyvan xüsusi dizaynlı 7 tematik zonada saxlanılır. Burada təbiətə maksimum yaxın olan şəraitdə saxlanılan zürafələri, şirləri, qorillaları, şimpanzeləri, begemotları, kenquruları və digər heyvanları görmək olar. Yeri gəlmişkən, hər bir zonanın kiçik arenası var. Bu arenalarda gündə bir neçə dəfə müxtəlif heyvanların, o cümlədən dəniz heyvanlarının iştirakı ilə şoular keçirilir. Zooparkdakı heyvanların yemək mərasimi əsl tamaşadır. “Zambezi” adlanan süni çay parkın daha bir maraqlı xüsusiyyətidir. Burada qayıq gəzintisinə çıxmaq olar. Bu göl bizdə çox güclü təəssürat oyatdı. Təsəvvür edin ki, heyvanlara tamaşa edə-edə volyerlərin yanından üzüb keçirsən. İndiyədək belə bir şey görməmişdik.

Son söz yerinə

Hannoverdə keçirdiyimiz 2 gün ərzində onun bütün maraqlı məkanlarını görmək mümkün deyildi. Biz isə irimiqyaslı sərgilərin keçirildiyi dünyanın ən iri sərgi mərkəzinə, 5 min pəncərəli ev adlandırılan, bəşəriyyətin mədəniyyət tarixini əks etdirən eksponatların nümayiş etdirildiyi Kestner Muzeyinə getmək, Hannover akvariumunda bütün gözəlliyi ilə təqdim edilən sualtı dünyanın al-əlvan həyatını müşahidə etmək istəyirdik. Əfsuslar olsun ki, həmişə olduğu kimi, vaxtımız çatmadı. Əvəzində Hannoverə qayıtmaq üçün gözəl səbəbimiz var. İndi isə növbəti şəhərə - Bavariyanın paytaxtı Münxenə yola düşməliyik. İnanırıq ki, Münxendə də bizi maraqlı macəralar gözləyir! Bizi izləyin!

Emil Eyyubov

Fotolar E.İbrahimindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam