Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın Hannover şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş anma mərasimi keçirilmişdir

Hannover, 28 fevral (AZƏRTAC). Fevralın 27-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyinin dəstəyi və “Xəzər” Alman-Azərbaycan Cəmiyyəti və Türk Tələbələri Birliyinin birgə təşkilatçılığı ilə Hannover şəhərindəki Leibniz Universitetində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbirlər silsiləsinin yekunu olaraq anma mərasimi keçirilmişdir.

Təxminən 300 nəfərdən artıq qonağın iştirak etdiyi bu tədbirdə əsas məruzəçilər qismində Türkiyənin Hannover şəhərindəki baş konsulu Mehmet Günay, Nordrhein-Westfalen federal əyalətində yeni təsis olunmuş Alman-Azərbaycan Cəmiyyəti idarə heyətinin üzvü Faiq Tağıyev və başqaları çıxış etmişlər.

Gecədə Hannover Avropalı Türk İş Adamları Birliyinin (BTEU) idarə heyətinin sədri Əhməd Gülər, Aşağı Saksoniya Atatürkçü Düşüncə Dərnəyinin (AS-ADD Hannover) ikinci başkanı Aysun Erenalin, Hannover, Bielefeld və AFR-in digər şəhərlərindən gəlmiş həmvətənlərimiz, türk və alman qonaqlar iştirak etmişlər.

Tədbirin təşkilatçısı, Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev gecəni giriş sözü ilə açaraq Hannover şəhərindəki Azərbaycan və türk icması adından tədbirə gələnləri salamlamışdır.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gecə Azərbaycan xalqının tarixində qanlı səhifə kimi həkk olunmuş Xocalı faciəsi barədə alman dilində hazırlanmış sənədli filmin nümayişi ilə davam etmişdir.

Filmin nümayişindən sonra Etibar Qəniyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının bilavasitə iştirakı ilə Xocalı şəhərində törədilmiş soyqırımı haqqında məlumat vermiş, tədbir iştirakçılarını Prezident İlham Əliyevin Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti ilə tanış etmişdir.

Dünya miqyasında insanlara qarşı törədilmiş bağışlanmaz bir cinayəti əks etdirən qanlı olay haqqında ingilis dilində ikihissəli sənədli film nümayiş etdirilmişdir.

Türkiyənin Hannover şəhərində baş konsulu Mehmet Günay çıxış edərək Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciə olan Xocalı soyqırımının yaranma səbəbləri, onun dünya ictimaiyyətinə tanıdılması sahəsində genişmiqyaslı işlərin görülməsi zəruriliyindən danışmışdır.

Tədbirin aparıcısı Etibar Qəniyev 26 fevral Xocalı soyqırımı günü ilə əlaqədar olaraq “Xəzər” Alman-Azərbaycan Cəmiyyəti və türk diasporu tərəfindən Almaniyanın federal kansleri A.Merkel, Almaniyanın prezidenti Y.Qauk, AFR-in xarici və daxili işlər nazirlərinə, dövlətin aparıcı ictimai və siyasi qurumlarına, partiya və təşkilatlarına ünvanlanmış müraciətin mətni ilə iştirakçıları tanış etmiş və imza toplanması xahişi ilə onlara müraciət etmişdir. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən „Xocalıya ədalət!“ beynəlxalq kampaniyası haqda geniş məlumat verərək bütün soydaşlarımızı Xocalı faciəsinə beynəlxalq aləmdə mənəvi-siyasi və hüquqi qiymət verilməsi və bu faciənin beynəlxalq səviyyədə anılmasını təmin etmək istiqamətində məqsədyönlü fəaliyyət göstərməyə dəvət etmişdir.

Sonra isə Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi həkk olunmuş Xocalı faciəsi haqqında türk dilində hazırlanmış sənədli film göstərilmişdir.

Filmdən sonra gecənin aparıcısı Etibar Qəniyev Xocalıda erməni vəhşiliyini yaşamış və öz gözləri görmüş şahidlərin ifadələri ilə tədbirə gələnləri məlumatlandırmışdır. Eyni zamanda, Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər slayd görüntüləri kimi nümayiş etdirilmişdir.

“Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı faciəsinin beynəlxalq müstəvidə bir soyqırımı kimi tanıdılması sahəsində əldə edilən uğurlardan söhbət açmışdır. O, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və ardıcıl siyasəti nəticəsində bu qətliamın dünyanın bir çox ölkələri, o cümlədən Meksika, Kolumbiya, Pakistan, Avropada ilk olaraq Çex Respublikası, ABŞ-ın bir neçə ştatı tərəfindən soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanındığını, yaxın vaxtlarda digər ölkələrin də Xocalı faciəsinə birmənalı şəkildə hüquqi qiymət verəcəyinə ümid etdiyini vurğulamışdır. Almaniyada da bu soyqırımın rəsmən tanınması istiqamətində aparılan işlər və nəticələri haqqında məlumat vermiş, bu sahədə diaspor fəaliyyətinin gücləndirilməsinin zərurətindən danışmışdır.

AFR-də Güney Azərbaycan Liberal-Demokratik Partiyasının üzvü Monira Fazelian çıxışında erməni cinayətkarları tərəfindən Urmiyada, Xoyda və Cənubi Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı törədilmiş soyqırımı siyasəti haqqında məlumat vermiş, Avropada yaşayan həmvətənlərimizi ümumi dərdimiz və problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal və həmrəy olmağa çağırmışdır.

Sonra isə söz Azərbaycan ədəbiyyatına və türk musiqisinə verilmişdir. Zemfira Abdullayevanın ifasında Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun “Sizi qınamıram ay xocalılar” şeiri səslənmiş, İğit Dadaş və Arinç Çeyebilek ney və gitarada şəhidlərimizin ruhuna ithaf edilmiş həzin və qəmgin bir musiqi parçasını təqdim etmişlər.

Nordrheyn-Vestfalen federal əyalətindən gəlmiş həmvətənimiz Faiq Tağıyev Xocalı faciəsinə həsr etdiyi şeirini söyləmiş, onun ifasında “Ya Qarabağ, ya ölüm!” şeiri hərarətlə qarşılanmışdır.

Tədbirin keçirildiyi binanın foyesində AFR-də yaşayan Azərbaycan rəssamları Eldar Cabbarlı və Telman Quliyevin Xocalı faciəsinə həsr olunmuş fotosərgisi nümayiş etdirilmişdir.

Tədbir iştirakçılarına Xocalı dəhşətlərini əks etdirən alman, ingilis, türk və Azərbaycan dillərində kitablar, broşürlər və əyani vəsaitlər paylanılmışdır.

İştirakçılar faciəni əks etdirən fotoşəkillərə ürəkağrısı ilə baxmış, ermənilərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərdən dəhşətə gəldiklərini bildirmişlər.

Gecə kütləvi təbliğat və informasiya vasitələri, o cümlədən Türkiyənin “Aydınlıq” qəzetinin müxbiri tərəfindən işıqlandırılmışdır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Hannover

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib