Almaniyanın Potsdam Universitetində “Soyqırıma son” devizi altında sülhməramlı aksiya keçirilmişdir
Berlin, 25 fevral (AZƏRTAC). Almaniyanın Potsdam Universitetində həmin ali məktəbin azərbaycanlı tələbələri və Berlində təhsil alan digər soydaşlarımız Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət” Beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində “Soyqırıma son” devizi altında sülhməramlı aksiya keçirmişlər.
“Justice for Khojaly” kampaniyasının köynəklərini geyinən tələbələr universitetin əsas inzibati binasında stend quraraq kampaniya üçün imza toplamışlar. Universitetin müəllimləri və tələbələrini Xocalı faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran aksiyanın təşkilatçıları 19 il bundan əvvəl Xocalıda törədilmiş soyqırımın nəticələrini, bu qanlı qırğının təşkilatçılarının və icraçılarının hələ də cəzasız qalmalarını, eləcə də dünya ictimaiyyətinin bu vandalizm aktına ədalətli qiymət verməsinin vacibliyini diqqətə çatdırmışlar.
Aksiya zamanı stendin ziyarətçilərinə Xocalı faciəsindən bəhs edən bukletlər və kitablar, üzərində “Justice for Khojaly” yazılan köynəklər paylanılmışdır. Aksiyanın təşkilatçıları, həmçinin Xocalı faciəsindən bəhs edən kitabları tədbirin keçirildiyi universitetin kitabxanasına hədiyyə etmişlər. Tədbirə yüksək səviyyədə maraq göstərilməsi nəzərə alınaraq bu cür aksiyaların Almaniyanın digər universitetlərində də keçirilməsi planlaşdırılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]