Almanlar məhdudiyyətlərin sərtləşməsinə hazırlaşırlar
Berlin, 18 mart, AZƏRTAC
Almaniyada karantin rejiminin dördüncü mərhələdə ləğv ediləcəyi planlaşdırılsa da, görünür, onun müddəti yenidən uzadılacaq. Bu, əhalinin koronavirusa yoluxma statistikasının pisləşməsi ilə əlaqədardır.
AZƏRTAC xəbər verir ki, növbəti bazar ertəsi federal hökumət Almaniyada vəziyyətin müzakirəsini keçirəcək. O gündən etibarən küçə restoranlarının, həmçinin teatrların, konsert zallarının, opera teatrlarının və kinoteatrların açılması planlaşdırılırdı.
Bununla belə, infeksiya göstəricilərinin pisləşməsi və “AstraZeneca” vaksini ilə bağlı qeyri-müəyyənlik hökuməti bu istiqamətdə görəcəyi işləri dayandırmağa məcbur edib. Görünür, karantin rejiminin müddətini yenidən uzatmaq lazım gələcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]