“Almasryalyoum” nəşri Prezident İlham Əliyevin müalicə olunan hərbçilərlə görüşünü işıqlandırıb
Qahirə, 12 noyabr, AZƏRTAC
Misirin “Almasryalyoum” nəşrinin saytında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşü haqqında geniş xəbər yayılıb.
AZƏRTAC-a istinadla yayılan xəbərdə Azərbaycan Prezidentinin görüşdəki çıxışından sitatlar verilib. Qeyd olunub ki, dövlətimizin başçısı müharibənin başa çatdığını, ölkədə yeni həyatın başlayacağını, şəhid ailələri və yaralılara qayğı göstəriləcəyini vurğulayıb.
Xəbərdə vurğulanıb ki, cəbhədə yaralanan baş leytenant Mail Əsgərov döyüş meydanında olan əsgərlərin Müzəffər Ali Baş Komandana böyük inamının Qələbənin qazanılmasında mühüm rol oynadığını söyləyib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]