Alonso “Ferrari”də Fetteli əvəz etmək niyyətindədir
Bakı, 3 iyun, AZƏRTAC
İspaniyalı yürüşçü, ikiqat dünya çempionu Fernando Alonso “McLaren” komandasının heyətində deyil, “Ferrari”də Sebastian Fetteli əvəz etməklə Formula 1 yarışlarına qayıda bilər.
AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, ispaniyalı yürüşçü məhz bu mümkün vakansiyaya nail olmağı qarşısına məqsəd qoyub. Fettelin İtaliya komandasının tərkibində gələcəyi qeyri-müəyyəndir. Fettel onun üçün uğursuz başlayan 2019-cu il mövsümünün sonunda kollektivi tərk edə bilər.
Daha əvvəl də Alonso özünün Formula 1-ə mümkün olan qayıdışını istisna etmirdi. O, pilot bazarında hadisələrin necə cərəyan edəcəyindən çox şeyin asılı olduğunu bildirmişdi.
Xatırladaq ki, Fernando Alonso ötən ay “İndianapolisin 500 mili” yürüşlərinin təsnifatını keçə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]
Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
- 15.10.2026 [10:24]