Altı ayda Azərbaycan 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb VİDEO
Bakı, 11 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 119 ölkəyə məhsul ixrac edilib, 155 ölkədən isə məhsul idxal olunub.
Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 26 milyard 54,2 milyon dolları təşkil edib. Bu dövrdə 9 milyard 372 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 9,1 faiz artıb, real ifadədə isə 13,1 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:46]
Azərbaycanda mobil internetin sürəti 33,5 faizədək artıb
- 25.08.2026 [18:02]
Sabirabad Sənaye Məhəlləsində istehsal 3 dəfədən çox artıb
- 25.08.2026 [17:56]
Bakıda 66 yolötürücüsü və körpüyə baxış keçirilib
- 25.08.2026 [17:16]
® “Azercell” qadınları dəstəkləyən müsabiqə elan edir
- 25.08.2026 [17:06]