AMAZONİYADA HİNDİ QƏBİLƏSİNİ MƏHV ETMƏYƏ CƏHD GÖSTƏRƏN QRUPLAŞMA İFŞA OLUNMUŞDUR
Güman olunur ki, tutulanlar Rio-Pardo rayonunu kənd təsərrüfatı torpaqlarına çevirməyə cəhd edən torpaq sahibləri assosiasiyasına mənsubdurlar. Bu torpaq xüsusi statusa malikdir, lakin hindilərın rəsmi rezervasiyası elan edilməmişdir.
Yerli prokurorluğun nümayəndəsi demişdir: “Bu, xarici aləmlə əlaqəsi olmayan, təcrid edilmiş hindi icmasıdır. Belə ki, biz heç vaxt dəlil-sübut tapa bilmərik, lakin aşkar əlamətlər var ki, bu cinayətkarlar onları məhv etməyə və torpaqlarını tutmağa cəhd göstərmişlər”.