AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatlarının direktorları, həmkarlar təşkilatlarının sədrləri, gənc alimləri müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Elmi ictimaiyyətin nümayəndələri Ümummilli Liderin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə tər gül dəstələri düzüb, ruhu qarşısında baş əyiblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üstünə gül dəstələri düzülüb.