AMEA-NIN NAXÇIVAN BÖLMƏSİNİN HESABAT İCLASI KEÇİRİLMİŞDİR
Bölmənin sədri akademik İsmayıl Hacıyev hesabat məruzəsi ilə çıxış edərək, Prezident Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında” 2002-ci il 7 avqust tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Natiq bildirmişdir ki, il ərzində bölmənin elmi müəssisələrinin maddi-texniki bazası, kadr potensialı möhkəmlənmiş, fəaliyyəti genişlənmişdir. 6 elmi istiqamətdə 6 problemi əhatə edən 36 mövzu üzərində iş aparılmış, 13 mühüm nəticə əldə olunmuşdur. 2 doktorluq, 1 namizədlik dissertasiyası müdafiə edilmişdir.
Eyni zamanda, diqqətə çatdırılmışdır ki, 10 kitab, 2 monoqrafiya, 227 məqalə, 7 tezis çap olunmuşdur. Məqalələrin 12-si, tezislərin isə 5-i xaricdə nəşr edilmişdir.
AMEA-nın müxbir üzvü Vəli Əliyev və digər alimlər fikir və mülahizələrini söyləmişlər.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclasda iştirak etmişdir.