AMEA-NIN REGİONAL ELMİ MƏRKƏZLƏRİNİN HESABAT İCLASI KEÇİRİLMİŞDİR
Gəncə Regional Elmi Mərkəzinin direktoru, professor Fuad Əliyev rəhbərlik etdiyi mərkəzdə il ərzində ekologiya və təbii sərvətlərin araşdırılması sahəsində tədqiqatlar aparıldığını, 4 monoqrafiyanın, 35 məqalənin nəşr edildiyini bildirmişdir.
Şəki Regional Elmi Mərkəzinin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadə demişdir ki, ötən il bu elm ocağında müxtəlif sahələr üzrə 8 mövzuda iş aparılmış, 11 kitab, 72 məqalə çap olunmuşdur.
Lənkəran Regional Elmi Mərkəzinin direktoru, fizika–riyaziyyat elmləri doktoru Asəf İsgəndərovun hesabat məruzəsində bu elmi qurumda aparılan işlər barədə ətraflı məlumat verilmişdir.
Sonra akademiklər Asəf Nadirov, Budaq Budaqov və digər alimlər çıxış etmişlər.
İclasda AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]