ELM VƏ TƏHSİL
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun hazırladığı biogübrənin tətbiqinə başlanılıb
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən məişət tullantıları bazasında, müasir biotexnoloji üsulların tətbiqi ilə tam patogensizləşdirilmiş, digər gübrələrə nisbətən çox ucuz başa gələn, lakin güclü təsirə malik biogübrə istehsal edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, gübrənin ayrı-ayrı bitkilərə tətbiq etməklə onun üstün cəhətlərini digər gübrələrdən müqayisə etmək məqsədilə müxtəlif yerlərdə əkin sxemləri hazırlanıb və yeni biogübrənin tətbiqinə başlanılıb. Hazırda gübrənin bir hissəsi Ekologiya və Təbii Sərvətləri Nazirliyinə məxsus Suraxanı rayonu ərazisindəki yaşıllıqda istifadə edilir.