AMERİKA RADİOSU ÜZR İSTƏMİŞDİR
Martın 10-da aparıcı Bill Handel öz şousunda İraqın yeni Konstitusiyasını eybəcərləşdirmək üçün məzhəkə düzəltmişdir. O demişdir ki, bu sənəd “cənnətə düşən iraqlıya 72 binəzir gözəl bəxş ediləcəyinə təminat verir, onlar iraqlı qadınlar kimi tüklü olmayacaq, gözəl-göyçək yapon məktəbliləri olacaqlar”. Bundan əlavə, guya “kafirlərin müntəzəm yuyunmaq adəti”nə İslamda qadağa quyulacaq, “İraqlılara dəvə və keçilərlə nigkah bağlamağa icazə veriləcəkdir”. Bu başabəla məzhəkəçi müsəlmanlara şər ataraq demişdir ki, guya onların fikri-zikri yəhudiləri qırıb-çatmaqdır.
Proqramın direktoru Robin Bertoluççi üzr istəyərək demişdir ki, guya kanal proqramın yalnız “satirik olmasına” çalışmışdır.
ABŞ-ın İslam icmasının nümayəndələri belələrinə bir daha xatırlatmışlar ki, İslam müsəlmanlarla digər dinlərə etiqad edənlər, eləcə də yəhudilər arasında sülhə və qarşılıqlı anlaşmaya çağırır. Bundan başqa, təmizlik İslamda dini etiqadın əlaməti sayılır.
Yalnız İslam hüquq müdafiəçiləri bu radiostansiyanın çıxışından bir neçə dəfə şikayət verdikdən sonra üzrxahlıq edilmişdir.