AMERİKA-TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININNÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
Qonaqlar iyunun 7-də ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Dövlət Komitəsinin sədri Nazim İbrahimovl, Milli Məclisin sədri Murtuz Ələsgərov bir sıra nazirlər, eləcə də “Bakı Biznes Mərkəzi” və “İnkişaf” qeyri-hökumət təşkilatı ilə görüşdükdən sonra qonaqlar iyunun 9-da Dövlət Komitəsində mətbuat konfransı keçirəcəklər.
Qeyd edək ki, Amerika Türk Assosiasiyalar Assambleyası (ATAA) Amerikada və dünyada ən böyük türk diaspor təşkilatıdır. 1970-ci illərin sonlarında yaranan bu təşkilatın hazırda Amerika və Kanadada 57 şöbəsi fəaliyyət göstərir. ATAA-nın yaranma məqsədlərindən biri ABŞ-da fəaliyyət göstərən çoxsaylı ictimai-mədəni Türk-Amerika təşkilatları ilə əlaqələr qurmaqdır. Assambleya Vaşinqtonda yerləşən bütün icmaları bir-biri ilə əlaqələndirir, eləcə də onların maraqlarını müdafiə edir, Amerika-Türk əlaqələrini gücləndirir və Turkiyə haqqında Amerika ictimaiyyətinə düzgün məlumat çatdırır.
Qurum həmçinin Amerikanın müxtəlif ştatlarında türklər üçün maarifləndirici seminarlar keçirir, onların Türkiyədə baş verən proseslərə və Amerika-Türk əlaqələrinin inkişaf etdirir, türk dünyasının mədəni irsini yayır. ATAA Türkiyəyə və Türk-Amerika icmalarına aid bir sıra nəşrlər dərc etdirir. Assambleya 1989-cu ildən «The Turkish World» adlı jurnal dərc edir. Qurumun rəhbərliyi Türkiyə və Türk-Amerika icmalarına aid çoxlu sayda forumlarda iştirak edir, başqa icmalar ilə sıx əlaqələr qurur.