“AMERİKANIN SƏSİ” BİR ÇOX DİLLƏRDƏ YAYIMI DAYANDIRACAQDIR
Bu, ABŞ hökumətinin ölkənin hüdudlarından kənarda yayım siyasəti sahəsində yeni öncül istiqamətləri ilə müəyyən edilən ixtisarlar proqramının bir hissəsidir. Hökumətin Yayım Müdirləri Şurasının bəyanatında deyilir ki, xaricə yayım sahəsində Yaxın Şərq və digər müsəlman ölkələrinə radio və teleyayımın gücləndirilməsinə üstünlük veriləcəkdir. Məsələn, İran auditoriyası, fars dilində yayımlanan “Fərda” gənclər radiosu, “Sava” radiosu üçün materialların hazırlanmasına xüsusi diqqət yetiriləcəkdir. Bəyanata görə, büdcəyə əlavələr Yaxın Şərqə yayım şəbəkəsinin genişləndirilməsinə yönəldiləcəkdir. Terrora qarşı müharibə getməyən ölkələrə yayım isə ya ixtisar, ya da ləğv ediləcəkdir.
“Amerikanın səsi” radiostansiyasının yunan, gürcü, türk, tay və Xorvat dillərində proqramları tamamilə dayandırılacaqdır. Alban, Bosniya, Makedoniya, serb, rus və hind dillərində radioproqramlar dayandırılsa da, bu dillərdə televiziya verilişlərinin hazırlanması davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]