AMSTERDAM HAVA LİMANINDA BAŞ VERMİŞ YANĞIN 11 NƏFƏRİN HƏYATINA SON QOYMUŞDUR
Yanğın ölkəyə gizli yolla keçməyə cəhd göstərən mühacirlərin və narkotik maddələri daşımaqda şübhəli bilinən şəxslərin tutularaq müvəqqəti saxlandıqları mərkəzdə baş vermişdir.
Hadisə yerinə gəlmiş polis həlak olanların hamısının tutulub saxlanılan şəxslər olduğunu və onların milliyyətinin müəyyənləşdirilmədiyini bildirmişdir.
Yanğının başvermə səbəbləri aydınlaşdırılır.