AMSTERDAMDA AZƏRBAYCAN DİLİNİ TƏDRİS EDƏN MƏKTƏB AÇILMIŞDIR
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Amsterdamda Azərbaycan dilinin tədris ediləcəyi məktəb açılmışdır. Hər bazar günü 4 saat Azərbaycan dilinin tədris olunacağı məktəbdə bu ölkədə yaşayan azərbaycanlı uşaqlarla yanaşı, İraq türkmənlərinin uşaqları da 2 saat müddətində ana dilimizi öyrənəcəklər. Digər 2 saat ərzində isə yaşlılara bu dil tədris ediləcəkdir.
BAK-ın xüsusi səyi sayəsində açılmış məktəb ilk vaxtlar qurumda təmsil olunan Türkmən Federasiyasının Amsterdamdakı qərargahında fəaliyyət göstərəcəkdir. Yaxın gələcəkdə məktəb üçün ayrıca bina və otaqların ayrılması nəzərdə tutulmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi məktəbi lazımi dərs vəsaitləri ilə təmin etmişdir. Amma Azərbaycan dilini öyrənmək arzusunda olanların sayı çox olduğundan, dərsliklərə böyük ehtiyac duyulur. BAK əlavə dərsliklər göndərilməsi barədə məsələ qaldırmışdır.
Məktəb pulsuz fəaliyyət göstərəcəkdir. Hətta maliyyə mənbələri tapılmasa belə, məktəb kirayəyə görə çox cüzi vəsait ödəməklə fəaliyyətini davam etdirəcəkdir.
Konqresin ən fəal üzvlərindən Sima Babayeva Azərbaycan dilini tədris etməyi öz öhdəsinə götürmüşdür. 10 ildən artıq Hollandiyada yaşayan S.Babayeva uzun illər Bakı məktəblərində Azərbaycan dilini tədris etmiş və bu sahədə zəngin təcrübə qazanmışdır.
Məktəb sentyabr ayının ortalarında tam gücü ilə fəaliyyət göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]