Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Ana qapını bayırdan, uşaq içəridən bağladığından xilas etmək vəzifəsi çətinləşmişdi...” - REPORTAJ

Bakı, 11 iyun, Aytac Haqverdiyeva, AZƏRTAC

Onlar yanğın, təbii fəlakət kimi bir çox hadisələr zamanı köməyə tələsirlər. İşləri isə çox çətindir. Dəhşətli yanğınlara, baş verə biləcək təhlükəli hadisələrə qarşı daim yüksək hazırlıq və hadisələr zamanı xilaskarlıq missiyası... Söhbət Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin fədakar yanğınsöndürənlərindən gedir.

AZƏRTAC-ın əməkdaşları bu dəfə yanğınsöndürənlərlə həmsöhbət olub.

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində çalışan Məmmədəli İlyasovun bu peşəyə gəldiyi beş ildən bir qədər artıqdır. O, kiçik yaşlarında izlədiyi filmlərdən təxəyyülündə yanğınsöndürənlərin qəhrəman obrazını yaradıb. Bu peşənin sahibi olmaq arzusu ilə uşaqlıqdan fiziki hazırlığını artırmağın qayğısına qalıb, daim idmanla məşğul olub. Peşəsi üçün vacib olan digər keyfiyyətləri təcrübəli yanğınsöndürənlərdən, rəhbər heyətindən öyrənib. İndiki iş yerində fəaliyyətə başlayanda burada ona kömək edən iş yoldaşları Məmmədəlinin daha təcrübəli bir yanğınsöndürən kimi formalaşması istiqamətində ona dəstək olublar: “Biz burada iş yoldaşlarımızla birgə insan həyatları uğurunda mübarizə aparırıq. Ona görə də hər kəs öz üzərinə düşən məsuliyyəti dərindən dərk edir”.

O deyir ki, yanğınsöndürənlər üçün zaman anlayışı yoxdur: “Hansısa hadisə ilə bağlı müraciət daxil olanda bütün qəlbimizlə, canımızla özümüzü orda hiss edirik. Burda “sonraya qalsın”, “bir az sonra edərəm” prinsipi nəinki işləmir, heç onu ağlının ucundan keçirə bilməzsən. Bu işdə hər şey anındaca edilməlidir, yubanmaq, gecikmək fəlakətin, hadisənin miqyasının böyüməsi, kiminsə həyatının təhlükə altında qalması deməkdir”.

Məmmədəli əmək fəaliyyətinə başladığı ilk vaxtlarda həyəcanlanırmış: “Açığı, ağır və təhlükəli vəziyyətlərə üzləşdiyim hadisələr zamanı həyəcanımı gizləyə bilmirdim. Bir dəfə, iki dəfə... Sonra tədricən hər şeyə alışmağa başladım, zaman keçdikcə qorxu və həyəcan hissi yox olmağa başladı, əvəzində məsuliyyət və xilaskarlıq hissi yarandı. Hadisə yerində ancaq alovların içində səndən imdad, ümid gözləyənlərə kömək göstərmək, onları alovların içindən çıxarmaq barədə düşünürsən”.

Yanğınsöndürənlərin hər iş günü Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin tərtib etdiyi qaydaya uyğun olaraq başlayır və davam edir. Əvvəlcə yanğınsöndürən növbəyə daxil olanda ona təhkim olunmuş yanğın texnikasını qəbul edir. Digər növbədə isə avtomobilləri təhvil-təslim edir. Hər bir vəziyyətə tam hazırlıqlı olmaq üçün yanğınsöndürənlərə verilən təlimlər daimidir. Rəhbərliyin tapşırığı və növbə rəisinin məlumatı əsasında göstərilmiş vaxtda və qaydada təlimlər yerinə yetirilir. Çağrı Mərkəzinə gələn zənglərə müdaxilə dərhal olur. Burada yanğının dərəcəsi, baş verdiyi ərazinin vəziyyətinə uyğun həmin yerə şəxsi heyət və yanğınsöndürmə avtomobilləri göndərilir.

Həmsöhbətimiz olan digər yanğınsöndürən Mirsaleh Əhmədli on ildən çoxdur ki, bu peşəni seçib. Onda bu çətin peşəyə həvəs babasından keçib: “Uşaq olanda babam həmişə iş yerində qarşılaşdıqları hadisələrdən danışardı. O vaxt onun danışdıqları mənə nağıl, hekayə kimi gələrdi. Lakin artıq həmin hekayələrin gerçək olduğunu öz gözlərimlə görür və yaşayıram. Bu illər ərzində çox hadisələrə şahid olmuşam”.

O, peşə fəaliyyəti dövründə şahidi olduğu həmin hadisələrdən birini danışdı: “Çağrı Mərkəzinə daxil olan məlumatla əlaqədar yanğınsöndürən komandası ilə birlikdə hadisə yerinə yollanıb. Doqquzmərtəbəli binalardan birinin üçüncü mərtəbəsində yerləşən mənzildə valideyn qapını bağlayaraq azyaşlı övladını mənzildə tək qoyub yaxınlıqdakı aptekdən dərman almağa çıxmışdı. O, geri qayıdanda qapını aça bilməyib və mənzildən tüstü qoxusu gəldiyini hiss edib. Narahatlıq və həyəcan içərisində qalan valideyn nə baş verdiyini anlaya bilməyib. Onun təşviş içərisində olduğunu görən qonşular zəng edərək Dövlət Yanğından Mühafizə Xidmətinin 101 və 112 qaynar telefon xətlərinə məlumat veriblər. Biz hadisə baş verən ünvana çatanda yanğın baş verən mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlının əqli və fiziki məhdudiyyətli olduğunu da öyrəndik. Bu, vəziyyəti daha da mürəkkəbləşdirirdi. Çünki azyaşlı açarla qapını içəridən təkrar bağlamışdı. Beləliklə, ana qapını çöldən, uşaq içəridən bağladığına görə onun bayırdan açılmasına daha ciddi maneə yaranmışdı, xilas etmək vəzifəsini çətinləşdirmişdi... Vaxt itirmək olmazdı, dərhal qapının xüsusi avadanlıqlarla kəsilməsi əməliyyatına başlanıldı. İçəridə bizi nə gözlədiyini isə heç kim bilmirdi”.

Mirsalehin dediyinə görə, hadisə baş verən binanın həyətində hasarlar, düzgün olmayan parklanma yolun hərəkət hissəsini məhdudlaşdırdığı üçün yanğın avtonərdivanını açmaq mümkün olmayıb. Onlar vəziyyətin kritik olduğunu nəzərə alaraq ikinci istiqamət üzrə əməliyyat tədbirlərinə başlayıblar. Beləliklə, yanğınsöndürənlər kəndir vasitəsilə yuxarı mərtəbədə yaşayan qonşunun mənzilinin pəncərəsindən eniş edib evə daxil olaraq içəridə qalan azyaşlını yanğın yerindən xilas etmək qərarına gəliblər. Xoşbəxtlikdən ikinci əməliyyat daha qısa zamanda uğurla başa çatıb. “Mənzilə daxil olub uşağı yüngül yanıq xəsarətləri ilə xilas edərək təcili tibbi yardım personalına təhvil verdik. Həmin hadisəni xatırlayanda indi də həyəcanlanıram. Burada hər anın, hər saniyənin hökmü var idi və söhbət saniyələrdən gedirdi. Bir an gecikmək uşağın həyatını təhlükədə qoymağa, hətta onu itirməyə bərabər idi. Yaxşı ki, hər şey uğurla başa çatdı və uşağın həyatını xilas edə bildik”, - deyə yanğınsöndürən məmnunluq dolu həyəcanla danışır.

Doğrudan da, yanğınsöndürənlər zamanla yarışanlar və onunla mübarizədən qalib çıxmağa çalışanlardır. Bu mübarizədə uduzmaq faciə və həyat itirməyə bərabərdir...

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar