ANAMA-nın kollektivi Zəfər Parkında və İkinci Şəhidlər xiyabanında olub
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrin rəhbərləri 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakıda inşası davam etdirilən Zəfər Parkında olublar.
Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.
Sonra kollektiv İkinci Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü yolunda qəhrəmancasına döyüşmüş, canlarından keçmiş əsgər və zabitlərimizin əziz xatirəsini dərin ehtiramla anaraq məzarları üzərinə gül dəstələri düzüblər.