Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANAR ƏLƏKBƏROV: XOCALI FACİƏSİNİN UNUDULMAMASI ÜÇÜN HEYDƏR ƏLİYEV FONDU ƏLİNDƏN GƏLƏNİ ƏSİRGƏMƏYƏCƏKDİR

“Xocalı faciəsini miqyasına və qəddarlığına görə unutmaq mümkün deyil. Bu tarix xalqımızın qan yaddaşında həmişəlik həkk olunmuşdur. Heydər Əliyev Fondu 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda baş vermiş hadisələri yeni nəslin həmişə yadda saxlaması üçün nə mümkündürsə etməyi özünün vətəndaşlıq və mənəvi borcu hesab edir və bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Biz heç vaxt yol vermərik ki, Xocalı faciəsi unudulsun, biz dünya ictimaiyyəti tərəfindən bu hadisələri xalqımıza qarşı soyqırımı kimi qəbul edilməsinə nail olacağıq. Bu problemin geniş beynəlxalq rezonans qazanması üçün Heydər Əliyev Fondu qeyri-kommersiya ictimai təşkilat kimi öz tərəfindən nə mümkündürsə edəcək”. Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə Moskvada keçirilmiş “Xocalı. 16 il sonra” mövzusunda elmi-praktiki konfransda iştirak etmiş Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov demişdir.

Anar Ələkbərov onu da qeyd etmişdir ki, Fondun Rusiyadakı nümayəndəliyinin Moskvada Rusiya və Azərbaycan gənclərini, Rusiyanın aparıcı ali məktəblərinin tələbələrini cəlb etməklə xalqımızın tarixində faciəli səhifə olan Xocalı soyqırımının 16-cı ildönümünə həsr edilmiş belə bir kütləvi tədbir keçirməsi çox vacib və əhəmiyyətlidir.

O demişdir: “Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması üçün səyləri artırmaq barədə Prezident İlham Əliyevin tapşırıqlarını və dövlətimizin prioritetlərini nəzərə alsaq, bu gün Heydər Əliyev Fondunun əsas vəzifələrindən biri bu tapşırığın həyata keçirilməsidir. Fikrimcə, Fond bu gün həmin siyasəti layiqincə həyata keçirir, həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda böyük işlər görür. Məsələn, 2007-ci ilin dekabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Xocalı faciəsinin 16-cı ildönümünün qeyd edilməsinə hazırlıq işlərinə başlanmışdır. Keçən il Fond bu mövzuya həsr edilmiş bir neçə sərgi keçirmişdir, biz həmin sərgilərin keçirildiyi ölkələrin coğrafiyasını genişləndirərək bu işi davam etdirmişik. Məsələn bir neçə Avropa və ərəb ölkəsində həmin sərgilər vasitəsilə yerli ictimaiyyətə 1992-ci ilin faciəli hadisələri barədə məlumat verilmişdir. Dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə həsr edilmiş fotosərgilər keçirilir, müxtəlif nəşrlər nümayiş etdirilir, dünya mətbuatı həmin faktları geniş ictimaiyyətin nəzərinə çatdırır. 2007-ci ildə Fond həm Bakıda, həm də bəzi başqa dövlətlərdə uşaq evlərində və internat-məktəblərdə tərbiyə alan uşaqlar arasında “Xocalı uşaqların gözü ilə” mövzusunda müsabiqə keçirmişdir. Bu müsabiqənin qaliblərinin əl işləri Moskvada keçirilən tədbirdə təqdim olunmuşdur. Bundan əlavə, bu gün bir sıra ölkələrdə Heydər Əliyev Fondunun nümayəndəlikləri fəaliyyət göstərir. Fondun nümayəndələri bu cür tədbirlər keçirilməsi üçün müxtəlif ölkələrə səfərlər etmişlər. Gələcəkdə biz bu işlərə daha çox qeyri-hökumət və qeyri-dövlət təşkilatlarını cəlb etməyə çalışacağıq. Bu tədbirlərin keçirildiyi ölkələrin kütləvi informasiya vasitələrinin bu mövzuya daha geniş diqqət yetirməsi lazımdır”.

Anar Ələkbərov onu da qeyd etmişdir ki, Xocalı faciəsinə həsr edilmiş tədbirlərin keçirilməsi Fondun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir. Heydər Əliyev Fondunun icraçı direktoru demişdir: “Moskvada, Rusiya Federasiyasının bütün ərazisində, eləcə də MDB üzvü olan digər ölkələrdə bu cür tədbirlərin keçirilməsi tariximizin düzgün və obyektiv anlamının bərpa edilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu faciəvi hadisələrin düzgün şərh edilməsi, onlara mənəvi-hüquqi qiymət verilməsi zəruridir. Məsələn, sərgilər dünyanın 30-a yaxın ölkəsində keçirilir. Fondun hazırladığı təqdimat materialları artıq dünyanın 60-dan çox ölkəsində yayılmışdır. Onların arasında bizim son nəşrlər - “Qarabağ reallıqları” seriyasından broşürlər də var. Bu broşürlər alman, ingilis və fransız dillərində artıq işıq üzü görmüş, ivrit dilinə tərcümə olunmuşdur. Biz həmin materialları Moskvada, elmi-praktiki konfransda yaymışıq. Fondun Azərbaycan XİN ilə birlikdə buraxdığı “Azərbaycana qarşı, onun mənəvi irsinə qarşı müharibə” adlı nəşrin yayılması üçün də fəal iş aparılır. Bu, özlüyündə çox nadir nəşrdir, çünki orada ermənilərin Azərbaycan ərazisində törətdiyi vandalizm aktları, abidələrimizin, Azərbaycana məxsus tarixi dəyərlərin, məzarlıqların məhv edilməsi haqqında təkzibedilməz faktlar və sübutlar gətirilir. Bu kitabda qədim coğrafi xəritələr də öz əksini tapmışdır. Kitaba müvafiq disklər, Xocalıya həsr edilmiş sənədli film və multimedia diski əlavə edilir. Bu gün həmin nəşr də Moskvada təqdim edilmişdir və mənə elə gəlir ki, bugünkü tədbirdə iştirak etmiş tələbələr daha artıq məlumat əldə edəcək və gələcəkdə bu nəşrləri RF-nin müxtəlif qurumlarında yayacaqlar. Belə tədbirlərin çox böyük əhəmiyyəti var. Azərbaycan XİN nümayəndəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi problemi ilə yaxından məşğul olan Tofiq Musayevin Xocalı faciəsinə həsr olunmuş elmi-praktiki konfransdakı məruzəsi də çox əhəmiyyətlidir. Azərbaycandan olan bu cür mütəxəssislərin fikri Rusiya ictimaiyyəti üçün maraqlıdır. Bu siyasəti davam etdirmək və daim inkişaf etdirmək lazımdır, Azərbaycanın nümayəndə heyətləri müxtəlif ölkələrə səfər etməli, ermənilərin xalqımıza qarşı təcavüzünün mənbələri və nəticələri barədə ictimaiyyəti məlumatlandırmalıdırlar”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib