ANATOLİ DEMYANENKO “NEFTÇİ”Nİ ÇEMPİON ETMƏYƏ ÇALIŞACAQDIR
AZƏRTAC xəbər verir ki, “Neftçi” futbol klubunun yeni baş məşqçisi ukraynalı Anatoli Demyanenko yanvarın 10-da rəsmən ictimaiyyətə təqdim olunmuşdur.
Hələ SSRİ çempionatlarında Kiyev “Dinamo”sunun heyətində “Neftçi”yə qarşı futbolçu kimi çıxış etdiyi zaman Bakıya gəldiyini söyləyən ukraynalı mütəxəssis, paytaxtımıza növbəti gəlişindən məmnunluğunu bildirmişdir.
“Neftçi”dəki şəraitdən razılığını bildirən A.Demyanenko yaxşı nəticənin qazanılması üçün stadion və bazanın inşasının, uşaq futbol məktəblərinə xüsusi diqqət ayırmağın vacibliyini qeyd etmişdir.
Yeni klubda qarşıya çıxacaq problemlərdən çəkinməyəcəyini deyən A.Demyanenko “Neftçi”yə nəticə qazandırmaq iddiasında olduğunu vurğulamışdır.
“Neftçi”ni daha da gücləndirəcəyini vəd edən A.Demyanenko komandaya yerli oyunçularla yanaşı, bir neçə legioner futbolçu da cəlb etmək niyyətində olduğunu bildirmişdir. A.Demyanenko “Neftçi”nin Samir Əliyev və Branimir Subaşiç kimi futbolçuları haqqında xoş sözlər söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]