Ankarada bir məhəllə koronavirusla bağlı karantinə alınıb
Ankara, 5 iyun, AZƏRTAC
Türkiyədə yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq üçün tədbirlər davam edir. İnfeksiyaya qarşı mübarizə metodlarından biri də yeni virus daşıyan şəxsin əhatə dairəsini məcburi qaydada testə və karantinə cəlb etməkdir.
AZƏRTAC xəbər verir ki, Ankaranın Çubuk rayonunun Dəmirçi məhəlləsi karantinə alınıb. Rayon mərkəzindən 32 kilometr aralıda olan bu yaşayış məkanında bir nəfərdə infeksiya aşkar olunub. Bölgədə koronavirusun yayılmaması üçün tətbiq olunan karantin 14 gün davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]