Ankarada FETÖ terror təşkilatına qarşı xüsusi əməliyyat keçirilib
Ankara, 29 sentyabr, AZƏRTAC
FETÖ terror təşkilatının gizli xəbərləşmə sistemi olan “ByLock”dan istifadə etdikləri müəyyənləşdirilən daha bir mütəşəkkil dəstəyə qarşı xüsusi əməliyyat tədbiri keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, əməliyyat nəticəsində 15 şübhəlidən 12-si saxlanılıb.
Xatırladaq ki, “ByLock” proqramı FETÖ terrorçularının dövlət əleyhinə fəaliyyətlərində ən təhlükəli vasitələrdən biridir. Məhz bu proqram vasitəsilə terror təşkilatının gizli tapşırıqları uzun müddət ərzində çatdırılır və icra olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]