ANKARADA ŞƏHİD TÜRK DİPLOMATLARINA ABİDƏ UCALDILACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ankara Bələdiyyə Məclisi erməni teror təşkilatları tərəfindən müxtəlif illərdə qətlə yetirilmiş türk diplomatlarına abidə ucaldılması barədə qərar qəbul etmişdir.
Bələdiyyə Məclisinin mədəniyyət komissiyasının hazırladığı hesabatda yaxın keçmişdə bir çox türk diplomatlarının ASALA başda olmaqla erməni terror təşkilatları tərəfindən xaincəsinə qətlə yetirilməsi barədə məlumatlar öz əksini tapmışdır. Bu diplomatların əksəriyyəti Ankarada Xarici İşlər Nazirliyinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Bələdiyyə Məclisi abidənin şəhidlərin xatirəsinə layiq olması üçün komissiyaya müvafiq tapşırıqlar vermişdir.