ANNA QURBANOVA OMSKDA İKİ BÜRÜNC MEDAL QAZANMIŞDIR
Omskda (Rusiya) başa çatmış bədii gimnastika üzrə beynəlxalq turnirdə azərbaycanlı gimnast Anna Qurbanova iki bürünc medal qazanmışdır.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, Anna Qurbanova birinci bürünc medalı ip ilə hərəkətlərin finalındakı çıxışına görə qazanmışdır. Finalda halqa ilə kompozisiyanı yerinə yetirəndən sonra da gimnastımız üçüncü yeri tutmuşdur. Çoxnövçülükdə şəxsi hesabda isə Qurbanova beşinci yerlə kifayətlənməli olmuşdur.
Anna demişdir:
- Dalbadal ikinci dəfə beynəlxalq yarışlarda uğur qazandığıma görə sevinirəm. Mən bu dəfə də Avropa çempionu Yevgeniya Kanayeva kimi güclü gimnastlarla layiğincə rəqabət apara bildim. Ümidvaram ki, “medallı” çıxışlarımı gələn il də davam etdirəcəyəm.
Federasiyanın mətbuat xidməti onu da bildirmişdir ki, bu il Rusiyada daha bir beynəlxalq turnir keçiriləcəkdir. Dekabrın 18-dən 23-dək Moskva ətrafındakı Dmitrov şəhərində keçiriləcək turnirdə ölkəmizi Kamilə Məmmədova (1995-ci il təvəllüdlü), Aişə Mustafayeva (1996), Cənnət Məmmədova və Mehparə Mansurova (hər ikisi 1999-cu il) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]