“ANŞAD PETROL” UĞURLARINI ARTIRIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti, Türkiyə və Malayziya şirkətlərinin birgə təsis etdiyi “ANŞAD Petrol” müştərək müəssisəsi indiyədək 432 min ton neft və 232 milyon kubmetr qaz çıxarmışdır. Gündəlik hasilat 125 tondur. Hazırda əsas istismar işləri keçmiş “Neftçala” NQÇİ-nin Neftçala, Xıllı və Durovdağ ərazilərində aparılır. Babazanda isə axtarış-kəşfiyyat işləri görülür. Müəssisə cari ili yüksək texniki-iqtisadi göstəricilərlə başa vurmaq üçün bütün qüvvələri səfərbər edir.