Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib VİDEO

Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib VİDEO

 

Bakı, 19 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Sentyabrın 19-da Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti, icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canında keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov bildirib ki, antiterror əməliyyatlarının keçirilməsində məqsəd Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və separatçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması idi: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən separatçı qüvvələr Azərbaycan ərazisini tərk etməli olsalar da, Ermənistan rəhbərliyi və onların havadarlarının köməyi nəticəsində həmin hərbi birləşmələr ərazimizdə qalmaqla dinc əhaliyə, hərbi qulluqçulara qarşı terror xarakterli əməliyyatlar həyata keçirməyə davam edirdi. Bunun nəticəsində həm mülki vətəndaşlar, həm də hərbi qulluqçularımız arasında itkilərimiz, şəhidlərimiz olurdu. Buna görə də lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi qərarı alındı. Əməliyyat zamanı Azərbaycan Ordusu dünya hərb tarixində görünməyən müddətdə - təxminən 23 saat ərzində Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaqla bərabər, onları kapitulyasiyaya məcbur etdi. Ordumuzun bu qələbəsi ölkə rəhbərliyinin, xalqımızın Silahlı Qüvvələrimizə olan inamından irəli gəlirdi. Antiterror əməliyyatları zamanı hərbi qulluqçularımız böyük rəşadət və qəhrəmanlıq nümunələri göstərdilər. Təəssüf ki, həmin hərbi əməliyyatlar zamanı şəhadətə yüksələn əsgərlərimiz və zabitlərimiz də oldu. Onların hər biri böyük ehtiram və hörmətlə anılır, canları, qanları bahasına bəxş etdiyi Zəfərə görə minnətdarlıq bildirilir”.

Sonra şəhid hərbi qulluqçuların məzarları ziyarət olunub, məzarları önünə tər çiçəklər düzülüb, əklil qoyulub, ruhlarına dualar oxunub.

Ötən il Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan 19 yaşlı əsgər Qiyas Manafovun atası Ramil Manafov AZƏRTAC-ın müxbiri ilə söhbətində övladının orta məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə yola düşdüyünü bildirib: “Vətənə olan borcunu Xocavənd-Xankəndi istiqamətində layiqli xidməti ilə ödəməyə çalışırdı. Komandirlərinin dediyinə görə, şəxsi heyət arasında məsuliyyəti, nizam-intizamı ilə seçilirmiş. Onun xarakterində bizim də kəşf edə bilmədiyimiz incəliklərə döyüş yoldaşları hərbi əməliyyatlarda şahid olublar. Antiterror tədbirləri zamanı Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və yaşından böyük qəhrəmanlıq nümunələri göstərib. Qiyas sentyabrın 19-dan 20-nə keçən gecə canından çox sevdiyi Vətən yolunda şəhid olub. Övlad itkisi ağır olsa da, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə bərpa olunması naminə son damla qanına qədər vuruşması, o ali zirvəni fəth etməsi ilə qürur duyuruq”.

Şəhid əsgər Murad Arzullayevin atası Təvəkkül Arzullayev isə övladında daim öndə xidmət etmək, vuruşmaq eşqi var olduğunu söyləyib: “Komando birliyində xidmət edirdi. Tək övlad olduğundan ona görə narahatlıq yaşadığımızı bilirdi. Bu səbəbdən də hər şeyi bizdən gizlədirdi. Ən sonuncu dəfə 2023-cü ilin martında məzuniyyətə gəlmişdi. Ondakı dəyişikliklər nəzərimdən qaçmamışdı. Hündür boyuna yaraşan cüssəli bədəni övladımı daha da gözəgəlimli etmişdi. Ona baxdıqca qürurlanırdım. Son bir il idi ki, Qubadlıda xidmətini davam etdirirdi. Antiterror tədbirlərindən bir həftə əvvəl danışdıq. Təlimlərə gedəcəyini dedi. Gəlməyinə də sayılı günlər qalmışdı. Gəldi, amma bayrağa bükülmüş şəkildə çiyinlərdə gətirdilər…

Murad Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsi istiqamətində yüksəkliklərdən birinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olub. Biz onun döyüşlərdə iştirak etdiyini şəhidlik xəbərini alandan sonra bildik. Hətta o, 2022-ci il sentyabrın 12-14-də ermənilərin sərhəd ərazilərində törətdiyi təxribatlar zamanı Laçın isiqamətində də döyüşübmüş. Murad hər şeyi bizdən gizlətmişdi. Biz bir qəhrəman yetişdirdiyimizdən xəbərsiz imişik. O, öz istəyi ilə döyüşlərə atılıb, misilsiz şücaət göstərib. Murad 23 saat ərzində tarixdə görünməyən uğura imza atan rəşadətli ordunun hərbi qulluqçusudur. Tək onu deyə bilərəm ki, oğlumla qürur duyuram”.

Antiterror əməliyyatlarının ildönümü münasibətilə İkinci Şəhidlər xiyabanında anım mərasimi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU