Antonio Kampaqnoli: Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə körpü rolunu oynaya bilər
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə müxtəlif regionlar, təcrübələr və inkişaf modelləri arasında körpü rolunu oynaya bilər.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının prezidenti Antonio Kampaqnoli bildirib.
O deyib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi artıq Azərbaycanın davamlı şəhərsalma üzrə qlobal dialoqun mərkəzində dayanan ölkəyə çevrilməsi istəyini nümayiş etdirir: “Eyni zamanda, Azərbaycanda mühüm şəhər və infrastruktur transformasiyalar həyata keçirilir ki, bu da ona təkcə institusional deyil, həm də praktik təcrübə vasitəsilə töhfə verməyə imkan verir. Həmçinin inanıram ki, Azərbaycan Avropa, Mərkəzi Asiya, Yaxın Şərq və digər sürətlə inkişaf edən bölgələr arasında, xüsusilə də dayanıqlılıq, infrastruktur, “ağıllı” inkişaf və münaqişədənsonrakı bərpa kimi mövzularda dialoq üçün vacib platformaya çevrilə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [18:18]
WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib
- 20.05.2026 [18:12]