Attia Əl-Atavi: Parlamentlər mənzil siyasətinin formalaşdırılmasında fəal rol oynamalıdır
Bakı, 20 may, AZƏRTAC
Biz parlamentarilərin mənzil təminatı ilə bağlı məqsədlərin tapılmasında, yəni düzgün çərçivənin qurulması üçün milli məqsədlərin yaradılmasında iştirakını artıra bilərik.
AZƏRTAC xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc, Mənzil və Xidmətlər Komitəsinin rəhbəri Attia bin Məhəmməd Əl-Atavi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.
O bildirib ki, parlament üzvləri öz siyasətlərində mənzil imkanlarının əlçatanlığına, onun maliyyə baxımından təmin olunmasına prioritet verməli və eyni zamanda, iqlim dəyişikliyi amilini nəzərə aldıqlarından əmin olmalıdırlar.
“Biz mənzil məsələsi haqqında cəmiyyətin əsas sütunlarından biri kimi danışmalıyıq”, - deyə Attia bin Məhəmməd Əl-Atavi əlavə edib.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [15:21]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 29.05.2026 [22:01]
Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı
- 26.05.2026 [18:15]
Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün Sədrinin yekun çıxışı
- 26.05.2026 [18:03]