UNEP rəsmisi: Mənzil sektorunun siyasət və maliyyəyə inteqrasiyası vacibdir
Bakı, 20 may, AZƏRTAC
Mənzil, xüsusilə də formal mənzil sahəsində ciddi problemlər mövcuddur. Bir çox ölkələrdə mövcud mənzil siyasətinin 70-80 faizi formal mənzil sektorunun payına düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Sektoral Keçid Bölməsinin rəhbəri Gulnara Roll Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil davamlılığı şəhər sistemləri çətinliyi kimi” mövzusunda sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, bu qədər böyük problemlərin həlli kompleks yanaşma tələb edir.
“Xüsusilə mənzil sektorunun siyasətlərə, praktiki fəaliyyətə və maliyyə mexanizmlərinə inteqrasiyası böyük əhəmiyyət daşıyır. Bu məsələ yalnız aidiyyəti qurumlar üçün deyil, dayanıqlı və inkişaf etmiş şəhərlərin formalaşması baxımından da vacibdir”, - deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [18:18]
WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib
- 20.05.2026 [18:12]
BDU-nun 348 tələbəsi WUF13-də könüllü kimi fəaliyyət göstərir
- 20.05.2026 [18:10]