Nigar Məmmədova: Parlamentarilər cəmiyyətlə dövlət arasında körpüdür
Bakı, 20 may, AZƏRTAC
Mənzil təminatı bu gün dünyanın ən ciddi çağırışlarından biridir. Sürətli urbanizasiya, iqlim dəyişiklikləri, artan yaşayış xərcləri və infrastruktur üzərində təzyiqlər dövlətlər qarşısında yeni vəzifələr müəyyən edir. Bu səbəbdən dayanıqlı və inklüziv şəhərlərin qurulması artıq yalnız urbanistika məsələsi deyil, bu, sosial ədalət, iqtisadi inkişaf, ekoloji təhlükəsizlik və insan rifahı məsələsidir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin dəyirmi masasında deyib.
O bildirib ki, bu prosesdə parlamentlərin və parlament üzvlərinin rolu xüsusilə vacibdir. Çünki parlamentarilər yalnız qanun qəbul edən şəxslər deyil. Eyni zamanda, cəmiyyətlə dövlət arasında körpüdür.
Fotoqraf - Səfiyar Məcnun
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [18:18]
WUF13: Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa keçirilib
- 20.05.2026 [18:12]
BDU-nun 348 tələbəsi WUF13-də könüllü kimi fəaliyyət göstərir
- 20.05.2026 [18:02]