Antonio Quterreş: Dünya temperaturun 1,5°C kritik həddini keçməsi istiqamətində irəliləyir
Bakı, 1 sentyabr, AZƏRTAC
Dünya temperaturun 1,5°C kritik həddini keçməsi istiqamətində irəliləyir. Buna görə də tullantıların həcmini kəskin şəkildə azaltmaq və bərpaolunan enerji mənbələrinə keçidi sürətləndirmək zəruridir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bişkekdə “ŞƏT+” formatında keçirilən görüşdə deyib.
O bildirib ki, iqlimlə bağlı tədbirlər iqlim ədalətinin təmin olunmasını və inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli maliyyə dəstəyinin göstərilməsini tələb edir.
Quterreş, həmçinin iqlim dəyişikliyinin nəticələrindən zərər çəkmiş icmalara və işçilərə dəstək göstərilməsinin zəruriliyini qeyd edib.
Onun sözlərinə görə, kritik əhəmiyyət daşıyan faydalı qazıntılardan məsuliyyətli və dayanıqlı şəkildə istifadə olunmalı və tənzimlənməlidir. Eyni zamanda, istehsalçı ölkələrə öz məhsullarının əlavə dəyərini artırmaqda kömək göstərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]