Aprelin 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı vardır. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5° isti, günün birinci yarısında 11-15°, axşama doğru 9°-dək isti olacaqdır.
Bakıda gecə 3-5° isti, günün birinci yarısında 12-14°, axşama doğru 9°-dək isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 60-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 1-6° , gündüz 14-19° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-4° isti, gündüz 7-12° isti olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-6° , gündüz 13-18° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 1-5° , gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 7-11° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,
Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-8°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir. Lakin aprelin 1-də axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 4-8° , gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 10-13° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Aprelin 1-i gündüzdən 2-si axşamadək Abşeron yarımadasında güclü xəzri küləyi və havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.