AQİL PAŞAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ FUTBOL TURNİRİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bakının, Sumqayıtın kənd və qəsəbələrinin yeniyetmə və gənclərdən ibarət komandaları arasında keçirilmiş futbol turnirinin qalibləri mükafatlandırılmışlar.
Tədbirdə beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov, Bakı Kəndlər Futbol Federasiyası icraiyyə komitəsinin üzvü Şahin Verdiyev və digərləri çıxış edərək qalibləri təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Mərasimdə vurğulanmışdır ki, Prezident İlham Əliyev idmana, eləcə də futbola böyük diqqət və qayğı göstərir.
“Neftçi” futbol klubunun keçmiş prezidenti Aqil Paşayevin xatirəsinə həsr olunmuş turnir 3 yaş qrupu arasında keçirilmişdir.
Yarışın nəticələrinə görə, müxtəlif yaş qruplarında Nəsimi bələdiyyəsinin komandası, Mehdiabad futbol kulubu və Binəqədi qəsəbə bələdiyyəsinin təmsilçiləri birinci yeri tutmuşlar.
Turnirdə ilk üç yeri tutan klublara kubok, diplom, medal, və digər qiymətli hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]