AQRAR BÖLMƏDƏ SƏRMAYƏDARLAR ÜÇÜN GENİŞ MEYDAN AÇILMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması ilə bağlı proqramlarda aqrar bölmənin inkişafı da nəzərə alınmışdır. Eyni zamanda sahənin alternativ maliyyələşdirilmə formalarının (kredit ittifaqları, lizinq şirkətləri və s.) inkişafına da yardım göstərilir, iqtisadiyyatın bu bölməsinə bankların, başqa kredit təşkilatlarının nüfuz etməsinə rəvac verilir. Sərmayədarlar üçün geniş fəaliyyət meydanı qalmaqdadır. Toxum satışı, meliorasiya sistemlərinin yeniləşdirilməsi, fermerlərə maliyyə (lizinq, kreditləşdirmə) xidməti, anbar və yayım məntəqələri, baytarlıq təbabəti, şəkər çuğunduru istehsalı, bitki yağı emalı müəssisələrinin, şüşə tara zavodlarının tikintisi, şərab müəssisələrinin bərpası, qışda tərəvəz yetişdirməyə imkan verən istixanaların, müasir saxlama kameralarının yaradılması, regionlarda texniki-kimyəvi xidmətin təşkili və s. sərmayədarların fəaliyyəti üçün yeni imkanlar açır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]